Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Yardımlıda yol qəzasında 53 yaşlı kişinin boynu sındı

153 Baxış

Yardımlı rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə rayon mərkəzində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 1968-ci il təvəllüdlü Xudiyev İsrafil Fərhad oğlu ağır xəsarətlər alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə əvvəlcə Yardımlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin vəziyyəti ağır olduğundan Bakıda yerləşən xəstəxanaların birinə göndərilib.

Müayinə zamanı ona boyun fəqərəsinin sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678