Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı AÇIQLAMA

164 Baxış

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin avqustun 26-da imzaladığı sərəncama uyğun olaraq, həqiqi hərbi xidmətə növbəti çağırış başa çatıb.

Bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) məlumat yayıb.

Bildirilib ki, sərəncamın icrası təmin edilib və oktyabr ayı ərzində Azərbaycan Silahlı Qüvvələrinin çağırışçılarla komplektləşdirilməsi müvəffəqiyyətlə yekunlaşdırılıb.

Müddətli həqiqi hərbi xidmət keçmək üçün xidmət yerlərinə təyin edilmiş çağırışçılar xüsusi karantin rejiminin qaydalarına, Nazirlər Kabineti yanında operativ qərargahın bütün tapşırıq və tövsiyələrinə, TƏBİB-in müvafiq təlimatlarına ciddi riayət edilərək, xidmət yerlərinə təhvil veriliblər.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678