Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ağır yaralanan daha 27 qazimiz Türkiyəyə göndərildi – FOTO

118 Baxış

“YAŞAT” Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən həkimlərin, həmçinin yerli mütəxəssislərin rəyi nəzərə alınaraq qazilərimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdiriləcək.

Bu barədə fond məlumat yayıb. 

“YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq.

Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərimizin müalicə üçün davamlı şəkildə xaricə göndərilməsi təmin edilir.

Xatırladaq ki, fond tərəfindən bundan öncə 24 qazimiz müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 4-nün müalicə proseduru artıq uğurla yekunlaşıb və vətənə qayıdıblar. Qazilərimizin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də fond tərəfindən təmin edilib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678