Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Novxanıda sahilboyu quşlar tələf oldu – FOTO

128 Baxış

Xəzər dənizinin sahilində ölü quşların cəsədləri aşkar olunub.

Oxu.Az-ın məlumatına görə, quşların kütləvi tələfi Abşeron rayonu, Novxanı kəndi istiqamətində qeydə alınıb.

Ölən quşların cəsədi bütün sahilboyu ərazini əhatə edib.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, məsələ nəzarətə götürülüb:

“Hazırda AQTA və digər aidiyyəti qurumlar tərəfindən məsələ ilə bağlı araşdırılmalar aparılır”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678