Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Lənkəranda karantin qaydalarını pozan obyektlər aşkarlandı

130 Baxış

Lənkəranda karantin qaydalarının pozulduğu daha iki obyekt aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən bu istiqamətdə keçirilən növbəti tədbirlər zamanı rayon ərazisində yerləşən bir çay evinin karantin rejim qaydalarına zidd olaraq gecə saat 00:00-dan sonra fəaliyyət göstərdiyi, bir “PlayStation” oyun zalında isə tibbi maska ilə bağlı tələblərin pozulduğu aşkar edilib.

Həmin obyektlərlə bağlı 4 şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən tədbir görülüb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678