Koreya müxalifətinin lideri boynundan bıçaqlandı
48 Baxış
Cənubi Koreyanın aparıcı müxalif “Toburo” Demokratik Partiyasının lideri Li Çje Myun Busana səfəri zamanı hücuma məruz qalıb.
Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Qeyd olunub ki, mətbuat konfransı zamanı naməlum şəxs siyasətçinin boynuna bıçaq xəsarəti yetirib.
Siyasətçi hadisədən 20 dəqiqə sonra xəstəxanaya yerləşdirilib. Hücum edən şəxs saxlanılıb.