Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Acınohurda ov edən ərəblərə cərimələr tam ödətdirilib – RƏSMİ

128 Baxış

“Acınohur ərazisində qanunsuz ov edən üç ərəb turist “Ovçuluq haqqında” qanunvericiliyin tələblərinə əsasən 4 min manat civarında cərimə edilib”.

Oxu.Az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) rəsmi “Facebook” səhifəsində “Ekspert saatı” verilişinin canlı yayımında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəis müavini Bəhruz Məhəmmədov bildirib.

Onun sözlərinə görə, ərəblərə cərimələr tam şəkildə ödətdirilib:

“Qanunsuz ov edən Rubelin Muhammed barəsində İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsi, eyni zamanda, bir baş boz durnanı qanunsuz ovlayan Rəşed İcaber və özünə məxsus şahin quşu ilə dörd baş bildirçini ovladığına görə Abdulmacid Çemçi barəsində 272.3 maddəsi ilə protokol tərtib edilib. Ən yüksək məbləğdə cərimələr tətbiq edilib. Cərimə həmin ərəblərə tam ödətdirilib”.

İlhamə Əbülfət


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678