Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Xidmət rəisi: “Əcnəbilərin hərəkət marşrutlarına nəzarətlə bağlı da qanunvericilikdə nəsə yoxdur”

123 Baxış

“Əcnəbi turistlərin Azərbaycana gəlməsi və harada qalmaları, hansı işlə məşğul olacağı barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat verilmir”.

Oxu.Az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) rəsmi “Facebook” səhifəsində “Ekspert saatı” verilişinin canlı yayımında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəis müavini Bəhruz Məhəmmədov bildirib.

Onun sözlərinə görə, bu məsələ nazirliyin səlahiyyətində deyil:

“Onların gətirdiyi ov ləvazimatlara nəzarət edilə və nazirlik buna qarışa bilməz. Turistlərin ölkəyə dron gətirməsi və ya digər avadanlıqları haradan əldə etməsi barədə nazirlikdə məlumat olmur. Bizim onu araşdırmaq səlahiyyətimiz yoxdur. Eyni zamanda, ölkəyə gələn turistlərin hərəkət marşrutlarına nəzarətlə bağlı da qanunvericilikdə nəsə yoxdur”.

“Qaxda qanunsuz ov edən ərəblərlə bağlı demək istəyirəm ki, onlar ovçu kimi qeydiyyatdan keçməyiblər və onlara ölkə ərazisində ov etmək üçün icazə də verilməyib”, – deyə o qeyd edib.

İlhamə Əbülfət


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678