Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“İQTİSAD UNİVERSİTETİ HEYDƏR ƏLİYEVİN ARZULADIĞI UNİVERSİTETƏ ÇEVRİLDİ” – Millət vəkili

64 Baxış

Bu gün Ümummilli lider Heydər Əliyevin anım günüdür. Mərhum Prezidentin əbədiyyətə qovuşmasından 19 il ötür.

Turanmedia.az xəbər verir ki, millət vəkili Etibar Əliyev Ümummilli lideriin xatirəsini anaraq, öz “facebook” səhifəsindən Heydər Əliyevin 13 iyun 2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin 70 illik yubileyindəki çıxışını bir hissəsini paylaşıb.

Deputat yazır ki, Ümummilli lider Heydər Əliyev həmin çıxışında bildirib: “Şəxsən mənim Azərbaycanda rəhbər olduğum dövrdə də biz çalışdıq ki, İqtisad İnstitutu başqa institutların səviyyəsinə gəlib çatsın. Mən etiraf etmək istəyirəm ki, biz buna nail ola bilmədik. Çünki burada bəlkə də öz ixtisasını bilməyən, müəllimlik vəzifəsindən öz şəxsi məqsədləri üçün istifadə etmək istəyən, yaxud başqa məqsədlər güdən ayrı-ayrı qüvvələr var idi, toqquşmalar, çəkişmələr, intriqalar var idi.

Ancaq biz 1970-ci illərdən çalışdıq ki, bu institutu lazımi səviyyəyə qaldıraq və onu qaldıra da bildik. 1980-ci illərdə artıq bu institut yüksək səviyyəyə qalxmışdı. Ancaq sonra yenə həm institutun daxilində, həm də onun ətrafında bəzi mafioz qüvvələr öz şəxsi məqsədlərinə nail olmaq üçün intriqalar, çəkişmələr yaratdılar və Moskvaya dalbadal ərizələr, anonim məktublar, bir-birindən şikayətlər yazmağa, bir-birini günahlandırmağa başladılar – dəhşətli bir vəziyyət idi. Mən o illər Moskvada işləyirdim. Amma bu sədalar mənə gəlirdi. Bu işi öz şəxsi mənafeləri üçün edənlər anlamırdılar ki, artıq Azərbaycana qarşı Dağlıq Qarabağ probleminin meydana çıxarılması üçün cürbəcür hərəkətlər başlanan vaxt, Azərbaycana qarşı təzyiqlər göstərilən vaxt onlar bu əməlləri ilə öz ölkələrinə, respublikalarına, xalqına, millətinə zərər gətirir, onu ləkələyirdilər. Təbiidir ki, nöqsanlar var idi, yazılan ərizələrdə müəyyən həqiqətlər də var idi. Amma iftiralar, yalanlar da çox idi. Ancaq bizim xalqımız, millətimiz, alimlərimiz, elm adamlarımız bu məsələləri öz aralarında araşdırıb qərar qəbul edə bilməzdilərmi? Moskvaya kisələrlə anonim məktublar göndərirdilər. Əli Abbasov burada dedi. Ancaq o hadisə Azərbaycan üçün çox dəhşətli bir hadisə oldu. Bura hansısa komissiya gəlmişdi, yoxlamışdılar və iş o yerə çatmışdı ki, Azərbaycanın bu institutunun məsələsinə Moskvada ən yüksək səviyyədə baxılırdı.

O vaxt Kommunist Partiyası Mərkəzi Komitəsinin nəzdində Partiya Nəzarət Komitəsi var idi, bütün belə işlərə baxırdı. O, ancaq çox böyük dövlət və partiya əhəmiyyəti olan işlərə baxırdı. Bu məsələ gedib oraya çıxmışdı. Mən orada işləyərkən bu şeylərin bəzilərindən xəbərim olmamışdı. Yəni onlar bunu məndən gizlətmişdilər. Baxmayaraq ki, mən Siyasi Büronun üzvü kimi, yaxud SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi SSRİ-nin bütün ali təhsil sisteminə, orta təhsil sisteminə və peşə təhsili sisteminə rəhbərlik edirdim. Amma bunu məndən gizlətmişdilər.Günlərin birində bu məsələni Siyasi Büronun iclasına çıxardılar. Xırda bir məsələ, Siyasi Büroya yaraşmayan bir məsələ, – Mərkəzi Komitənin təlimatçısı buna baxa bilərdi. Bəli, təklif verildi ki, Azərbaycanda İqtisad İnstitutu bərbad vəziyyətdə olduğuna görə bağlansın. SSRİ-nin ali təhsil tarixində bu ilk hadisə idi ki, belə bir qərar qəbul olunmuşdu. Başa düzdünüzmü, bu, olubdur. 1987-ci il idi. Mən onda çox acıdım. Ancaq hər şey həll olunmuşdu. Bunu kim etdi? Bizim öz vətəndaşlarımız, azərbaycanlılar. Ermənilərin, başqalarının əlində oyuncaq olaraq bu işləri edənlər. Bu, Azərbaycanın ali təhsili üçün böyük ləkə oldu. Bu ləkəni də Azərbaycana yaxan burada həmin bu işlərlə məşğul olan insanlar oldular.Mən bayram günü bəlkə də bunu deməməliydim. Ancaq mən həqiqəti sevən adamam. Mənim əlimdə başqa bir fürsət olmayacaq ki, sizinlə bir də görüşüm, bunu deyim. Mən bunu deyirəm və güman edirəm ki, Azərbaycan xalqına o cür xəyanət etmiş insanlar, heç olmasa, indi xəcalət çəkməlidirlər. Onların bəziləri akademikdir, bəziləri professordur, bəziləri filandır, filandır. Qoy bilsinlər, heç olmasa, özləri öz vicdanları ilə söhbət edib öz günahlarının bizim xalqımıza nə qədər zərər vurduğunu anlasınlar və hamı da bundan nəticə çıxarsın.Biz gərək millətimizi qoruyaq, xalqımızı qoruyaq. İndi bu sözlər daha da aktualdır. Çünki indi biz müstəqil ölkəyik, müstəqil dövlətik. Millətimiz inkişaf edir….

İqtisadiyyat haqqında danışdıq. Sizin vəzifələriniz haqqında danışdıq. Siyasi iqtisadı beyninizdən çıxarın. Keçmişdə yazdığınız kitablarınızın hamısını kənara qoyun. Onlar lazım deyildir. Sonra, istirahət vaxtı hərdən açıb vərəqləyərsiniz ki, belə zəhmətlər çəkmisiniz. O vaxtlar bunlar lazım idi. İndi yeni-yeni əsərlər yazın və ən əsası, bizim gəncləri, gənc nəsli müasir bazar iqtisadiyyatı tələblərinə uyğun olaraq, müasir dünya maliyyə sisteminin tələblərinə uyğun olaraq təhsilləndirin.Rektor dedi ki, burada 14 min tələbə təhsil alır. Böyük rəqəmdir. Əgər keçmişdə tarix fakültəsi o biriləri daha hörmətli idilərsə, indi ən hörmətli ixtisas iqtisadçıdır. Çünki bünövrə iqtisadiyyatdır. İqtisadiyyatı irəliyə aparmaq üçün, dünyanın mürəkkəb maliyyə sisteminə, iqtisadi sisteminə qoşulmaq üçün bizə müasir, hazırlıqlı, xarici dilləri bilən, dünya təcrübəsini mənimsəmiş gənclər lazımdır. Bu isə sizin qarşınızda duran əsas vəzifədir. Ümidvar olduğumu bildirmək istəyirəm ki, siz bu vəzifəni şərəflə yerinə yetirəcəksiniz”.

Etiraf etmək lazımdır ki, İqtisad Universiteti UNUDULMAZ HEYDƏR ƏLİYEVİN arzuladığı Universitetə çevrildi. Zənnimcə Universitetin bu cür inkişafında HEYDƏR ƏLİYEVİN məşhur nitqindəki tezislərin əvəzsiz rolu olub. Bu nitq həm də onu göstərir ki, BÖYÜK DÖVLƏT XADİMİ HEYDƏR ƏLİYEV Milli Ali Təhsil sistemimizin mövcudluğu ilə fəxr etməklə, hamımızı bu istiqamətdə məsuliyyətli olmağa çağırıb.

P.S. Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilk dəfə olaraq inkişaf etməkdə olan Avropa və Mərkəzi Asiya Universitetlərinin reytinqində iqtisadyönümlü 4-cü universiteti olmaqla, regionun ən yaxşı 200 universiteti arasında qərarlaşıb.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678