Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Londondakı Ermənistan səfirliyi önündə soyqırımı etirazı – FOTO/VİDEO

138 Baxış

Londonda yaşayan azərbaycanlılar 31 mart 1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı aktının ildönümü ilə bağlı etiraz aksiyası keçiriblər.

Bunun üçün xüsusi avtomobilin üzərində quraşdırılmış lövhələrə bu günlə bağlı məlumatları yazan soydaşlarımız sözügedən nəqliyyat vasitəsini London küçələrində hərəkət etdirərək soyqırımı faktını yerli sakinlərin diqqətinə çatdırıblar.

Bundan əlavə, üzərində məlumatların əks olunduğu avtomobil Ermənistan səfirliyinin də önündən keçərək soydaşlarımızın etirazlarını nümayiş etdirib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678