Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycan səhiyyə sektorunda Gürcüstanla əməkdaşlığı dərinləşdirəcək

121 Baxış

Azərbaycan səhiyyə sahəsində Gürcüstanla əməkdaşlığı dərinləşdirməyə hazırdır.

“Report” xəbər verir ki, bu barədə Gürcüstanın Məcburi Köçkünlərin İşləri, Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyindən bildirilib.

Məlumata əsasən, Gürüstanın məcburi köçkünlərin işləri, əmək, səhiyyə və sosial müdafiə naziri Ekaterine Tikaradze və Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev arasında keçirilən görüşdə iki ölkə arasında səhiyyə sektorunda bu il üçün əməkdaşlıq məsələləri və gələcək planlar müzakirə olunub.

Tərəflər COVID-19 infeksiyası əleyhinə hər iki ölkədə həyata keçirilən vaksinasiya prosesi ilə bağlı da fikir mübadiləsi aparıblar.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678