Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

DİN: “Ötən gün 2 200-dən çox şəxs COVID pasportu olmadığına görə toya buraxılmayıb”

130 Baxış

Avqustun 9-da Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 290 toy şənliyinin monitorinqini həyata keçirib.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Monitorinq 241 şadlıq sarayında, 49 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:

– 58 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub; 

– 2 nəfər barədə material baxılması üçün məhkəməyə göndərilib;

– 2217 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678