Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Türkiyə şirkətlərinin Azərbaycanda iştirak etdiyi layihələrin dəyəri açıqlandı

128 Baxış

“Azərbaycanda Türkiyənin işgüzar dairələri geniş təmsil olunur və onların sayı artır. Hazırda ölkəmizdə 4 min 200-dən çox Türkiyə şirkəti fəaliyyət göstərir”. 

Bu haqda İqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda baş tutan Türkiyə-Azərbaycan işgüzar görüşü zamanı məlumat verib.

Onun sözlərinə görə, Türkiyə bu göstərici üzrə birinci yerdə qərarlaşıb. Nazir əlavə edib ki, eyni zamanda Türkiyə şirkətləri Azərbaycanda dövlət büdcəsi hesabına həyata keçirilən və dəyəri 16,3 milyard ABŞ dolları olan 300-dən çox layihədə podratçı qismində iştirak edərək bu sahədə də liderliyini saxlayır:

“Bütün bu sadalananlar Azərbaycan tərəfindən qardaş ölkə şirkətlərinə verilən dəstəyin, eləcə də Türkiyə şirkətləri üzvlərinin ölkəmizdə özlərini rahat hiss etməsinin göstəricisidir”.

Nigar Məmmədova


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678