Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Tovuzda ağır qəza: Üç nəfər yaralandı

140 Baxış

Tovuz rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Report”un Qərb mərkəzinin məlumatına görə, hadisə Aşağı Quşçu kəndində qeydə alınıb.

VAZ markalı avtomobillərin toqquşması nəticəsində üç nəfər – 1993-cü il təvəllüdlü Arzuman Əhmədov, 1962-ci il təvəllüdlü Orxan Novruzov və 1962-ci il təvəllüdlü Felya Əhmədova xəsarət alıblar.

Onlardan biri təcili tibbi yardım maşını ilə, digərləri isə vətəndaşların yardımı ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Qəzanın başvermə səbəbləri araşdırılır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678