Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Nəqliyyatda qiymət artımı ilə bağlı sorğu keçirilib

140 Baxış

Gəncə, Şəki, Quba, Lənkəran, Şirvan şəhərlərində fevral ayı üzrə avtobusların hərəkət intensivliyi və süni qiymət artımı ilə bağlı nəqliyyat könüllüləri tərəfindən sərnişinlər arasında anonim sorğu keçirilib.

Oxu.Az-ın məlumatına görə, bu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin 2021-ci ilin birinci rübü üzrə görülən işlər barədə rüblük hesabatında öz əksini tapıb. 

Bildirilib ki, qeyd olunan narazılıqlarla bağlı müvafiq qaydada tədbir görülüb. Həmçinin xidmətdə vətəndaş məmnuniyyətinin müəyyən edilməsi məqsədilə mart ayında Bakı, Xırdalan və Sumqayıt şəhərlərində vətəndaşlar arasında nəqliyyat könüllüləri tərəfindən anonim sorğu təşkil edilib.

Qeyd edilib ki, daşıyıcı şirkət rəhbərləri ilə regional şöbələrin vəzifəli şəxsləri arasında fərdi görüş keçirilib. Görüş zamanı ictimai nəqliyyata əmək müqaviləsi ilə işə cəlb olunan sürücülərin pandemiya zamanı süni qiymət artımına yol vermə halları aşkarlanarsa, müvafiq qaydada tədbirlərin görülməsi ilə bağlı xəbərdarlıq edilib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678