Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Uşaqların intim fotosunu əldə etmək üçün özünü balaca qız kimi təqdim etdi – VİDEO

161 Baxış

Britaniyalı kişi uşaqların intim fotosunu əldə etmək üçün özünü balaca qız kimi təqdim edib.

Bu barədə  BBC telekanalı xəbər yayıb.

Bildirilir ki, 36 yaşlı Devid Uilson saxta hesablar yaradıb, 14 yaşa qədər oğlanlarla tanış olub və çılpaq fotolarını istəyib.

O, minlərlə uşaqla yazışıb, onlardan 500-ü tələyə düşüb. Bundan sonra kişi onları şantaj edib və tələblərinin yerinə yetirilməyəcəyi təqdirdə şəkilləri yayacağı ilə hədələyib.

Qurbanlardan bir neçəsi buna görə hətta intihara cəhd edib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678