Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Qan verək, həyat bəxş edək” çağırışı ilə qanvermə aksiyası keçirilir – FOTO

104 Baxış

Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantinin rejiminin tətbiq olunduğu müddətdə talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkənlər üçün qan ehtiyatının yaradılmasına dəstək məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə bu gün və sabah qanvermə aksiyası keçirilir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən Oxu.Az-a verilən məlumata görə, qanvermə aksiyası Mərkəzi Qan Bankında (Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsi 65) keçiriləcək.

Əhaliyə “Qan verək, həyat bəxş edək” çağırışı ilə baş tutacaq aksiya bu gün saat 12:00-da başlayacaq.

Müvafiq dövlət orqanları, vətəndaş cəmiyyəti nümayəndələri, könüllülər, bir sözlə hər bir vətəndaşımız bu işə öz töhfəsini verməklə ömürlük bu problemlə mübarizə aparmağa məhkum olmuş soydaşlarımıza və onların ailələrinə dəstək ola bilər.

Aksiya çərçivəsində bu problemlə mübarizə aparan soydaşlarımıza və onların ailələrinə dəstək olmaq məqsədilə 100 nəfərin iştirakı və maarifləndirici materialların paylanması nəzərdə tutulur.

Hər il dünyada və Azərbaycanda minlərlə uşaq bu diaqnozla doğulur. Anadangəlmə qanın laxtalanma prosesinin pozğunluğu, yalnız ondan əziyyət çəkən şəxslərin deyil, ümumilikdə dövlətin və cəmiyyətin sosial – iqtisadi problemidir.

Bu kimi halların qarşısını almaq və müalicəsinin səmərəliliyini artırmaq məqsədilə ölkəmizdə mövcud qanunvericilik təkmilləşdirilir, irsi qan xəstəlikləri üzrə dövlət proqramları qəbul edilir, dərman preparatları ilə ödənişsiz təminat həyata keçirilir.

Respublika Mərkəzi Qan Bankının tibbi işçiləri tərəfindən sağlamlıq imkanları əvvəlcədən müəyyənləşdirilən donorlardan toplanan qan ehtiyatı talassemiya, hemofiliya xəstəliyindən əziyyət çəkən uşaqlar üçün istifadə olunacaq.

Könül Cəfərli


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678