Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Qədim misirlilərin müqəddəs quşlarının Abşerondakı məskəni – FOTOREPORTAJ

142 Baxış

Bura Abşeron yarımadasının cənub-şərqi – Şah Dili ərazisində yerləşən Abşeron Milli Parkıdır. 

Hazırda parkda flaminqoları izləmək mümkündür.

Flaminqolar noyabr ayının sonlarından park ərazisinə gəlir, mart ayının sonunda şimala uçurlar.

İzləyən zaman uca bir səs onları hürküdə bilər. Qədim misirlilər bu quşları müqəddəs quşlar kimi sayırdılar, onlara ibadət edir, hədiyyələr gətirir və möcüzəvi güclərinə inanaraq, istəklərin reallaşmasını xəyal edirdilər.

Bu il Milli Park ərazisinə 200-dən çox flaminqo gəlib.

Həmin heyvanlar Azərbaycanın “Qırmızı kitab”ına daxil edilib.

Oxu.Az qeyri-adi rəngləri olan zərif flaminqoların fotolarını təqdim edir:


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678