Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Türkiyə Ordusu İraqda əməliyyat keçirdi

23 Baxış

Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalında hava əməliyyatı keçirib.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, İraqın şimalında Qara, Metina, Hakurk və Qəndil bölgələrində terrorçuların hədəflərinə zərbələr endirilib.

Qeyd olunub ki, Türkiyə vətəndaşlarının və sərhədlərinin təhlükəsizliyi, eləcə də terrorçular tərəfindən planlaşdırılan hücumların qarşısının alınması məqsədilə keçirilən əməliyyat zamanı terror təşkilatına məxsus 16 hədəf məhv edilib.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678