Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Qərb rayonlarında yol polisi reyd keçirib – FOTO

118 Baxış

Qərb rayonlarında yol polisi reyd keçirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə Qazax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı keçidlərdə piyadalara yol verməyən sürücülər polislər tərəfindən müəyyən edilərək barələrində müvafiq tədbirlər görülüb. Görülən tədbirlər nəticəsində 20-yə yaxın sürücü məsuliyyətə cəlb edilib.

Ağstafa da polis əməkdaşları rayon ərazisində hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə müvafiq tədbirlər keçirir. Təhlükəsizlik kəmərindən istifadə, konstruktiv dəyişiklik və digər qayda pozuntularının aşkarlanması ilə yadda qalan reyd zamanı bir neçə şəxsin sürücülük hüququ olmadan avtomobil idarə etməsi də aşkar edilib. Görülən qanunamüvafiq tədbirlərlə həmin “sürücülərin” hərəkəti dayandırılıb, avtomobilləri müvəqqəti duracağa yerləşdirilib. Ümumilikdə 15-dən çox inzibati xəta aşkarlanıb. Reydlər bundan sonra da davam etdiriləcək.

Tovuz rayonunda da analoji tədbirlər keçirilib. Yol Hərəkəti Qaydalarına riayət edilməsi məqsədi ilə rayon polis şöbəsinin əməkdaşları mütəmadi olaraq rayon ərazisində həm profilaktiki, həm də reyd xarakterli tədbirlər həyata keçirir. Əsasən dayanma-durma, piyada keçidlərindən istifadə, piyadalara yol verilməsinin təmin edilməsi və digər zəruri qaydaların yerinə yetirilməsinə nəzarət edən polis əməkdaşları qeyd edilən bu və digər qayda pozuntularını aşkar etdikdə qanun pozucularına qarşı qanuna müvafiq tədbirlər həyata keçirərək barələrində inzibati qaydada tədbirlər görür. Qeyd edək ki, davam etdirilən tədbirlər nəticəsində həm piyadalara, həm də sürücülərə gün ərzində ümumilikdə 20-dən çox inzibati protokol tərtib edilib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678