Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Su hövzəsində iki brakonyer saxlanılıb – RƏSMİ

121 Baxış

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin beş qrupu müxtəlif su hövzələrində sintetik torların yığışdırılması və qeyri-qanuni balıq ovlarının qarşısının alınması üçün tədbirlər görür.

Bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəis müavini Bəhruz Məhəmmədov Nazirliyin rəsmi “Facebook” səhifəsində yayımlanan “Ekspert saatı” verilişində ölkənin su anbarlarında sintetik torların çox olması iddialarına cavab olaraq deyib.

O bildirib ki, artıq iki min metrdən çox tor qurumun əməkdaşları tərəfindən aşkarlanaraq zərərsizləşdirilib:

“Eyni zamanda tədbirlər zamanı su hövzələrinin birində iki brakonyer də saxlanılıb. Əhalinin diqqətinə çatdırmaq istəyirik ki, bu istiqamətdə işlərimiz davam etdirilir”.

Könül Cəfərli


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678