Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İkinci doza vaksin olunan nazir müavini: “Vətəndaşlarımızı prosesdə fəal iştirak etməyə səsləyirəm”

107 Baxış

“Vaksinləşmə prosesi nə qədər sürətlə getsə, bir o qədər də yoluxma sayı azalar”. 

Bu sözləri koronavirusa qarşı peyvənd olunan Gənclər və İdman nazirinin müavini İntiqam Babayev deyib.

O bildirib ki, hal-hazırda bir çox ölkələr vaksin təchizatında problemlərlə üzləşir.

“Cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın səyləri nəticəsində tələb olunan sayda vaksin dozalarının ölkəmizə gətirilməsi təmin olunur. Mən bu gün ikinci doza vaksini də vurdurdum. Vətəndaşlarımızı vaksinləşmə prosesində fəal iştirak etməyə dəvət edirəm” – deyə, nazir müavini qeyd edib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678