Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ətraf mühitin qorunması üçün çağırışlar edilib – FOTO

123 Baxış

15 aprel – ekoloji biliklər günü ilə əlaqədar ekokönüllülər tərəfindən əhali arasında sorğu keçirilərək onların plastik tullantıların zərərləri, təkrar emala dəstək, tullantıların çeşidlənməsi, polietilen torbaların və plastik qabların alternativlərindən istifadə, suya qənaət yolları haqqında fikirləri öyrənilib.

Həmçinin onlara ekoçantalar hədiyyə edilərək ətraf mühitin qorunmasında dəstək olmağa çağırışlar edilib. 

Xatırladaq ki, hər il aprelin 15-i dünyanın bir çox ölkəsində ekoloji biliklər günü kimi qeyd olunur. 1992-ci ildə Rio-de-Janeyroda BMT-nin ətraf mühitin problemlərinə həsr olunan konfransında bəşəriyyətin davamlı inkişafı üçün bütün ölkələrin əhalisinin ekoloji təhsilinin böyük əhəmiyyəti vurğulanıb.

Bu günün təsis olunmasının əsas məqsədi ekoloji biliklərin yayılması, əhalidə ekoloji mədəniyyətin formalaşması, ekoloji təhlükəsizlik sahəsində görülən işlər və ətraf mühitin vəziyyəti haqqında ictimaiyyətin məlumatlandırılmasıdır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678