Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Erməni qadın mahnımızı Azərbaycan dilində ifa etdi – VİDEO

140 Baxış

Gürcüstanın Dmanisi rayonunda erməni əsilli Lüba Avdalyan Azərbaycan mahnısını Azərbaycan dilində ifa edib.

Bu barədə AzTV-də süjet yayımlanıb.

Dmanisidə yaşayan 35 min nəfərin 22 mini azərbaycanlılardır. Milli tərkibinə görə seçilən rayonda azərbaycanlılarla bərabər ermənilər, özbəklər, ruslar və digər millətlərin nümayəndələri yaşayırlar.

Belə ki, burada yaşayan ermənilər azərbaycanlılarla birlikdə yaşadıqlarını, birlikdə təhsil aldıqlarını və heç bir problem yaşamadıqlarını deyirlər.

Burada yaşayan Lüba Avdalyan deyir ki, azərbaycanlıların yanında böyüyüb:

“Atam burada işləyirdi. Babam yetim olub və azərbaycanlıların içərisində yaşayıb. Bizim ailəmizə gürcülər, ruslar gəlirdilər, amma azərbaycanlılar daha çox gəlirdilər. Mən azərbaycanlıları çox sevirəm”.

Həmin videogörüntüləri təqdim edirik:


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678