Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Toy mərasimi zamanı qaydalar pozuldu

150 Baxış

Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun Güləmli kəndində karantin qaydalarının pozularaq toy şənliyinin keçirilməsi müəyyən edilib.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, məclisin sahibi Şabran rayon sakini Məstan Qəhrəmanova əvvəlcədən edilən xəbərdarlığa baxmayaraq, onun insanların kütləvi iştirakı ilə müşahidə edilən toy mərasimi təşkil etdiyi aşkarlanıb.

Rayon Polis Şöbəsi əməkdaşları həyətdə keçirilən məclisin təşkilatçısı barəsində qanunvericiliyin tələblərinə müvafiq olaraq inzibati protokol tərtib edib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678