Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Bakubus” MMC-yə məxsus avtobuslar qəzaya uğrayıb – FOTO

147 Baxış

Bakının Xətai rayonunda iki sərnişin avtobusu toqquşub.

APA xəbər verir ki, hadisə Qara Qarayev prospektində baş verib.

Belə ki,  13 nömrəli marşut xətti üzrə hərəkət edən sərnişin avtobusunu idarə edən Məmmədov Gündüz sükana nəzarəti itirib.

Avtobus qarşıda eyni marşut xətti üzrə hərəkət edən Kəmaləddin Həsənovun idarəetməsində olan sərnişin avtobusuna çırpılıb.

Qəza nəticəsində hər iki avtobusa ciddi ziyan dəyib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678