Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Növbə Arayikə çatdı: “Arutyunyan Azərbaycan məhkəməsində cavab verəcək”

44 Baxış

Dövlətin siyasi iradəsi və ekofəallarımızın əzmkarlığı nəticəsində artıq Laçında sərhəd-keçid məntəqəsi qurmağa nail olduq. Beləliklə də Qarabağa giriş-çıxışa nəzarəti tam bərpa etdik. Amma hələ də Xankəndidə terrorçu və separatçı Arayik Arutyunyan, eləcə də onun əlaltıları qalmaqdadır. Məlumdur ki, bu quldurların əli azərbaycanlıların qanına batıb və onlar barəsində cinayət işi də başlanılıb. Bəs görəsən, Xankəndidən heç bir yerə qaçmaq imkanı olmayan Arutyunyanı Qarabağda və ya Ermənistana keçmək istəyərkən həbs edə bilərikmi?

Turanmedia.az xəbər verir ki, mövzunu KONKRET.az– şərh edən politoloq Fikrət Sadıqov bildirib ki, Arayik Arutyunyan və onun əlaltıları gec-tez öz əməllərinə görə Azərbaycan məhkəməsində cavab verəcək: “Amma bizim hazırda əsas məqsədimiz Qarabağa gedən yükləri, nəqliyyat vasitələrini və vətəndaşları yoxlamaqdır. Əgər kimsə Qarabağa daxil olursa, bu, Azərbaycanın nəzarəti altında həyata keçirilməlidir. Artıq bütün təzyiqlərə baxmayaraq buna nail olmuşuq. Bu, çox böyük nailiyyətdir. Təbii ki, Arutyunyan həbs olunmalıdır. Əgər Arayik orada qalsa və Xankəndi tam olaraq bizim nəzarətimizə keçsə, onun həbsi reallaşacaq. Hazırda strateji hədəfimiz və əsas məqsədimiz bizim nəzarətimizdən kənar Qarabağa kiminsə daxil olmasına icazə verməməkdir”.

Danışıqlar zamanı Ermənistana peşkəş edilən torpaqlarımızı da qaytara bilərik” – Fikrət Sadıqov

Politoloqun sözlərinə görə, Azərbaycan Qarabağa aparan bir çox yollara nəzarəti öz üzərinə götürüb: “Amma bəzi torpaq yollar vasitəsilə bəlkə də Arutyunyanın Qarabağdan qaçması mümkündür. Yəni qaçmaq istəyən şəxs müəyyən qüvvələrin köməyi ilə buna imkan tapa bilər. Əgər Arutyunyan özünü cəsarətli rəhbər hesab edirsə, o zaman orada axıra qədər qalmalıdır. O, özünü Qarabağda yaşayan ermənilərin müdafiəçisi adlandırırdı. Əgər həqiqətən də belədirsə, o zaman hara qaçır? Təbii ki, biz Arutyunyanı axtarışa versək gec-tez onu harada olmağının fərqinə varmadan həbs edəcəyik. Başqa yerə qaçsa belə onun ekstradisiyası həyata keçiriləcək. Çünki Azərbaycanın müəyyən dövlətlərlə bu sahədə müqaviləsi var. Biz nəzarət-buraxılış məntəqəsini quraşdırmaqla ilk addımı atmışıq. Daha sonra digər ardıcıl tədbirlər görüləcək”.

Fikrət Sadıqov əlavə edib ki, Azərbaycan Xankəndinə daxil olanda Arutyunyan və onun əlaltıları mütləq həbs olunacaq: “Onlar öz əməllərinə görə cavab verəcəklər. Bizə təzyiqlər olsa da, Azərbaycan bu addımı atacaq. Çünki Arutyunyan Azərbaycan ərazisində olduğu üçün bizim vətəndaşımız hesab ediləcək. Rəsmi Bakı isə öz vətəndaşı ilə lazım olduğu kimi davrana bilər. Bu baxımdan heç bir irad və təzyiqi qəbul etməyəcəyik”.

 

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678