Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Mingəçevirdə 31 mart soyqırımı qurbanları yad edildi

144 Baxış

Turanmedia.az xəbər verir ki, Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində Mingəçevir şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Soyqırımı hadisələri ermənilərin tarixən xalqımıza qarşı apardığı məqsədyönlü siyasətdir” mövzusunda tədbir keçirilib. Tədbir öncəsi şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, aparatın məsul şəxsləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, mətbuat işçiləri Mingəçevir Şəhidlər Xiyabanında ucaldılmış Soyqırım abidəsi önünə əkilllər, gül dəstələri qoymuşlar.
Tədbiri giriş sözü ilə açan şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov təklif etdi ki, soyqırımı hadisələri zamanı vəfat etmiş və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş vətən övladlarının xatirəsini bir dəqiqəlik sükutla yad edək. Allah rəhmət eləsin.
Sonra çıxışına davam edən şəhər rəhbəri bildirdi ki, son iki əsrdə Qafqazda Azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məşəqqətlərə məruz qalmışdır. Mərhələ-mərhələ gücləndirilən belə qeyri-insani siyasət nəticəsində Azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən, min illər boyu yaşadıqları tarixi etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmışlar, xalqımıza qarşı minlərlə tarixi, mədəni abidə və yaşayış məskəni dağıdılıb viran edilmişdir. İlham İsmayılov qeyd etdi ki, tarixi yaddaşımızın qorunması, başımıza açılanlardan ibrət götürülməsi və gələcək nəsillərin əsil həqiqətlərlə məlumatlandırılması hesab edirəm ki, hər birimizin vətəndaşlıq borcudur.

Tədbirdə “1918-ci ilin soyqırımı hadisələri ermənilərin xalqımıza qarşı törətdiyi qanlı cinayətdir” mövzusunda şəhər veteranları təşkilatı idarə heyıətinin üzvü Mirzə Cavadov, “1948-1953-cü illərdə azərbaycanlıların deportasiyası ermənilərin azərbaycanlılara qarşı apardığı soyqırımı siyasətinin tərkib hissəsidir” mövzusunda Mingəçevir Dövlət Universitetinin (MDU) dosenti Mayıl İsmayılov, “1988-1993-cü illərdə azərbaycanlıların soyqırıma məruz qalması mənfur erməni siyasətinin növbəti mərhələsidir”mövzusunda MDU-nun dosenti Flora Namazova, “44 günlük Vətən müharibəsindəki zəfərimiz ermənilərin tarixən törətdikləri soyqırımı aktlarına tutarlı cavabdır” mövzusunda AMEA-nın dissertantı Gülər Əjdərzadə məruzələrlə çıxış edilər.

Esmira Hidayətova,Mingəçevir


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678