Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İsrail peyvənd olunmuş turistlər üçün sərhədlərini açır

124 Baxış

İyulun 1-dən etibarən vaksinasiyadan keçmiş əcnəbi turistlər fərdi qaydada İsrailə səfər edə bilər.

“RİA Novosti” xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlikdən bildirilib ki, sakinlərinin İsrailə səfər etmələrinə icazə verilən ölkələrin siyahısı, eləcə də təsdiq olunmuş vaksinlərin adları yaxın zamanda açıqlanacaq.  

Qeyd edək ki, İsrail hələ 2020-ci ilin mart ayından etibarən əcnəbi turistlər üçün ölkə sərhədlərini bağlayıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678