Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Həkimdən xəbərdarlıq: “Baş ağrıları, ürəkbulanma və öskürək varsa…” – VİDEO

112 Baxış

Koronavirus insanın mərkəzi sinir sisteminə zərər vurur.

Bunu “ARB 24”ün “Nə baş verir?” verilişinə açıqlamasında həkim Sadiqə Əliyeva deyib.

O bildirib ki, virusun daha çox tənəffüs sisteminə zərər vurması müşahidə edilir:

“Koronavirus daha çox tənəffüs sisteminə zərər vurur. Bununla yanaşı, virusun digər orqan və sistemlərə, o cümlədən də sinir sisteminə də təsiri var. Bu səbəbdən xəstələrdə baş ağrıları, iyi və dadbilmənin itməsi, ürəkbulanma və s. kimi hallar müşahidə olunur. Düzdür, virusa yoluxanlarda buna çox az hallarda rast gəlinsə də, əsas əlamətlər daha çox öskürək və yüksək temperaturun olmasıdır”.

Həkim qeyd edib ki, ölkədə aparılan peyvəndlənmə prosesi nəticəsində yoluxma hallarında pik hədd müşahidə olunmur. O, rəqəmlərin 2000 civarında qalmasının əsas səbəbinin də elə bu proses olduğunu söyləyib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678