Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Kənd yerlərində ASM müdirlərinin maaşlarına əlavələrin məbləği AÇIQLANDI

117 Baxış

Kənd yerlərində Ailə Sağlamlıq Mərkəzlərinin (ASM) bölmə müdirlərinin maaşları da tənzimlənir.

Oxu.Az xəbər verir ki, bu sözləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İnvestisiya şöbəsinin müdiri Yadigar Mahmudzadə deyib.

O bildirib ki, kənd yerlərində geniş funksionallığı olmayan məhdud sayda xidmətlər təklif edən kənd həkim məntəqələri olur:

“Əgər hansısa kənddə Ailə Sağlamlıq Mərkəzi (ASM) statusunda tibb müəssisəsi yerləşirsə, o zaman onun bölmə müdiri rəhbər şəxs kimi 100 manat məbləğində əlavə alır. Ondan başqa ASM həkimi kimi də 300 manat məbləğində əlavə alır. Yəni, bölmə müdiri olan həkim öz maaşından əlavə cəmi 400 manat məbləğində əlavə alır”.

Yadigar Mahmudzadənin sözlərinə görə, Ailə Sağlamlıq Mərkəzində çalışan tibb bacılarının maaşlarına 80 manat məbləğində əlavələr nəzərdə tutulur.

O bildirib ki, baş tibb bacısı isə rəhbər vəzifə hesab olunur:

“Buna görə onlara vəzifə maaşı ilə sabit həvəsləndirici əlavənin cəminin 15 faizi məbləğində  əlavə vəsait hesablanır”.

Könül Cəfərli


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678