Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Göyçayda keçmiş məhkum narkotiklə saxlanıldı – FOTO

108 Baxış

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən, əvvəllər də məhkum olunmuş R.Səfərov saxlanılıb. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, şəxsi axtarış zamanı həmin şəxsdən 6 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkarlanıb. Davam etdirilən tədbirlərlə onun yaşadığı evə də baxış keçirilib və oradan 470 qram qurudulmuş marixuana aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678