Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“SOCAR Türkiyə”dən təbii qaz paylanması ilə bağlı YENİLİK – FOTO

135 Baxış

“SOCAR Türkiyə”nin törəmə şirkətləri təbii qaz paylanması avadanlığını 3D çap texnologiyası ilə istehsal edəcək.

Bu barədə SOCAR məlumat yayıb.

Bildirilib ki, “SOCAR Türkiyə”nin törəmə şirkətləri “Kayserigaz” və “Bursagaz” müştərək bir tədqiqat və inkişaf layihəsinə start verib.

Enerji Bazarı Tənzimləmə Qurumunun (EPDK) təsdiqi ilə başlayan işlər çərçivəsində təbii qaz paylanmasında istifadə olunan avadanlıq və hissələrin 3D çap texnologiyası ilə istehsalı üçün proqram təminatının işlənib hazırlanması planlaşdırılır.

“SOCAR Türkiyə” Təbii Qaz Bölümünün Tarif, İnvestisiya və Səhmdar Münasibətləri üzrə direktoru Ertan Yıldız bildirib:

“Yeni paylayıcı şəbəkələrin yaradılması və ya mövcud şəbəkələrin yenidən qurulması zamanı çoxlu material istifadə olunur. Bu materialların təchizatında və daşınmasında bəzən problemlər meydana çıxır. Bəzi avadanlıqların xərci çox olur. 3D çap texnologiyası ilə alternativ istehsala başlayaraq daha az məsrəfli, daha sürətli və anbarlara ehtiyac olmadan material təchizatı mümkün olacaq. Şirkətlərin xərcləri azalacaq, yeni şəbəkərlərin yaradılması və mövcud olanların yenidən qurulması müddəti qısalacaq”.

Bu texnologiya vasitəsi ilə kompüterdən rəqəmsal olaraq alınan məlumatlar əsasında üçölçülü əşyalar istehsal olunur.

Burada material seçimi çoxçeşidli və zəngindir: plastik, metal, keramik, biomateriallardan istifadə olunur. Bundan başqa, fərqli çap proseslərinə malik müxtəlif 3D printerlər mövcuddur. Bu baxımdan stereolitoqrafik, DLP, püskürtmə/FDM, SDL, EBM çap texnologiyalarını göstərə bilərik. Hətta bu texnologiyalardan istifadə etməklə insanlar ev-məişət əşyalarını və onların ehtiyat hissələrini yarada bilərlər” .

Tədqiqat işlərinə tam sürətlə davam edən “Kayserigaz”ın işləyib hazırladığı və EPDK tərəfindən təsdiqlənmiş iki fərqli tədqiqat layihəsi də uğurla tamamlanaraq tətbiqə verildi. Təbii qaz sayğaclarının avtomatik oxunması layihəsi artıq reallaşdırılmağa başlandı. “Robot Tədqiqatı və İnkişafı Layihəsi” çərçivəsində isə quruma daxil olan informasiya sorğularına robot vasitəsilə cavab verilməsi üçün yeni bir sistem yaradılıb. “Bursagaz” ilə birgə hazırlanan bu sistem hər iki şirkətdə istifadə olunur.

“Ağıllı Daxili Təsisat Layihəsi”ndə isə məqsəd ictimai qurumların qaz təhvili stansiyalarında SCADA sistemindən istifadə etməklə təcili hallarda, yanğın, qaz sızmaları və buna oxşar hadisələr zamanı uzaqdan və ya avtomatik şəkildə qaz təchizatının kəsilərək etibarlı və davamlı qaz təchizatının təmin olunmasıdır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678