Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İsrailin Azərbaycanla əməkdaşlığı genişləndirmək istədiyi sahələr açıqlanıb

105 Baxış

“İsrail Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdəndir. Azərbaycan isə İsrail ilə strateji əlaqələr quran dövlətlərdən birincisidir”.

“Report”un xəbərinə görə, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik deyib.

“Biz enerji daşımalarının şaxələndirilməsi, iqtisadi əlaqələr və regional təhlükəsizliyin təmin edilməsi kimi mühüm vəzifələr üzərində birlikdə çalışırıq. Xalqlarımız arasındakı bu isti münasibətlər turizm, tikinti, biznes sahələrində və dinlərarası əlaqələrdə də aydın görünür. Gələcəyin qarşımıza qoyduğu çağırışlarla üz-üzə dayanaraq, su mənbələrinin təhlükəsizliyi, bərpa olunan enerji, yüksək texnologiyalar, innovasiyalar və digər sahələrdə də əməkdaşlığımızı möhkəmləndirmək fikrindəyik”, – diplomat bildirib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678