Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Şəmkirdə şəhidlərin xatirəsinə abidə inşa edildi – FOTO/VİDEO

121 Baxış

Şəmkir rayonunun Morul qəsəbəsində şəhidlərin xatirəsini əbədiləşdirmək məqsədilə abidə-bulaq inşa olunub.

Oxu.Az-ın məlumatına görə, abidə-bulaq Aprel döyüşlərinin iştirakçısı olmuş, 12 yanvar 1993-cü il təvəllüdlü şəhid Əsgərov Təbriz Hamlet oğlunun və Vətən müharibəsi iştirakçısı olmuş, 30 aprel 1999-cu il təvəllüdlü şəhid Qədimov Ayxan Fikrət oğlunun xatirəsinə inşa edilib.

Bulağın açılışı şəhid Ayxan Qədimovun 22-ci yaş günü münasibətilə 30 aprel tarixində baş tutub.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678