Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bakıda başına daş plitəsi düşən yeniyetmə ölüb – VİDEO

152 Baxış

Bakıda başına daş plitəsi düşən 14 yaşlı Əli Şabanov vəfat edib.

APA-nın xəbərinə görə, hadisə nəticəsində ağır xəsarət alaraq komaya düşən Səbail rayonu, Badamdar qəsəbə sakini Şabanov Əli Mahir oğlu bu gün müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, hadisə mayın 2-də Bakının Səbail rayonu, Badamdar qəsəbəsi, Rafiq İsgəndərov küçəsində qeydə alınıb.

Axşam saatlarında beşmərtəbəli yaşayış binasından daş piltəsi qoparaq həmin binada yaşayan 2007-ci il təvəllüdlü Şabanov Əli Mahir oğlunun üzərinə düşüb.

Ağır kəllə-beyin travması alan Ə. Şabanov komatoz vəziyyətdə xəstəxanaya yerləşdirilmişdi. 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678