Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

FHN Gəncə sakinlərini sudan xilas etdi – VİDEO

116 Baxış

Bu gün səhər saatlarından başlayaraq ölkə ərazisində hava şəraiti kəskin dəyişib, güclü külək respublikanın ayrı-ayrı bölgələrində intensiv yağıntılarla müşahidə olunur.

Belə ki, mayın 5-i səhər saatlarından yağan intensiv yağışlar nəticəsində Gəncə şəhərində bəzi fərdi yaşayış evlərinin zirzəmilərinə, həyətyanı sahələrə, küçə və prospektlərə yağış sularının dolması ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə müraciətlər daxil olub.

Müraciətlər əsasında Nazirliyin Gəncə Regional Mərkəzinin müvafiq canlı qüvvə və texnikası yağış sularının yığıldığı ərazilərə cəlb olunub. Görülmüş operativ tədbirlər nəticəsində əksər ərazilərdə suyun çəkilərək kənarlaşdırılması təmin edilib, bəzi ünvanlarda isə işlər hazırda davam etdirilir.  


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678