Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İşğaldan azad edilmiş ərazilərdə nə qədər mina aşkarlanıb? – AÇIQLAMA

113 Baxış

“2020-ci ilin sentyabrın 27-dən indiyədək agentlik tərəfindən işğaldan azad olunmuş ərazilərdə və Vətən müharibəsi zamanı cəbhəboyu ərazilərdə mina təmizləmə əməliyyatları davam etdirilib”.

Oxu.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Təmizləmə və tədqiqat şöbəsinin müdiri İdris İsmayılov bildirib.

Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsi zamanı yerli sakinlər tərəfindən daxil olmuş çağırışlar əsasında, eyni zamanda, işğaldan azad olunmuş ərazilərdə humanitar dəhlizlərin yaradılması məqsədilə minatəmizləmə əməliyyatlarına start verilib:

“Bu zaman yerli sakin tərəfindən daxil olan 3000-ə yaxın çağırış nəticəsində 1000-dən yuxarı partlamamış hərbi sursat aşkar edilib”.

O qeyd edib ki, ötən ilin 10 noyabrdan sonra işğaldan azad olunmuş ərazilərdə humanitar minatəmizləmə əməliyyatlarına da start verilib:

“Hazırda əməliyyat axtarış tədbirlərimiz – Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Ağdam, Tərtər, Xocavənd rayonlarında, o cümlədən Şuşa şəhərində evlərin və həyətyanı ərazilərin təmizlənməsi həyata keçirilir. Bu günə kimi aparılan əməliyyat tədbirləri zaman 2051 hektar ərazi mina və partlamamış hərbi sursat tam təmizlənib. Əməliyyatlar zamanı 18 648 mina və partlamamış hərbi sursat tapılıb və zərərsizləşdirilib”. 

İlhamə Əbülfət


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678