Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

TƏBİB-dən əhaliyə növbəti xəbərdarlıq: Karantin davam edir, qapanmalar ola bilər – VİDEO

307 Baxış

“Məhdudiyyətlər hökumətin verdiyi qərarlardan asılıdır və epidemioloji vəziyyətlə əlaqədar dəyişdirilə bilər. Lokal bağlanmalar, həftəsonu izolyasiya tədbirləri ola bilər”.

Bunu “ARB 24”ün “İşgüzar səhər” verilişinə açıqlamasında TƏBİB nümayəndəsi Fərrux Sədirov deyib.

Ramazanla bağlı xüsusi dəyişiklik olmadığını vurğulayan F.Sədirov bayramda da karantin qaydalarına daim əməl edilməsinin lazım olduğunu qeyd edib:

“Ramazan bayramında da karantin davam edir. Şəxsi gigiyena, sosial məsafə kimi qaydalara riayət etməliyik. Bunlara mütləq şəkildə hər yerdə əməl edilməlidir”, – deyə o bildirib. 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678