Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Xəstəxanalardakı qanunsuzluqlarla əlaqədar istintaq davam etdirilir – RƏSMİ

138 Baxış

“Koronavirus infeksiyası ilə bağlı klinika və tibb müəssisələrində aşkarlanan qanunsuzluqlarla əlaqədar başlanmış cinayət işinin istintaqı davam etdirilir”.

Oxu.Az-ın məlumatına görə, bu barədə Baş prokuror Kamran Əliyev deyib.

O bildirib ki, fakta bağlı ictimaiyyətə məlumat verilib:

“İstintaq yekunlaşandan sonra daha ətraflı məlumat veriləcək. Bu ictimaiyyəti daha çox narahat edən məsələdir. Koronavirus infeksiyasının qarşısının alınması ilə bağlı ölkədə dövlət səviyyəsində əhəmiyyətli tədbirlər həyata keçirir. Hüquq mühafizə orqanları da bu sahədə üzərinə düşən bütün vəzifələri yerinə yetirəcək”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678