Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Siyəzəndə “KamAZ” “Hyundai”la toqquşdu

127 Baxış

Siyəzən rayonunun Gilgilçay qəsəbəsi ərazisində yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, mayın 12-də saat 16 radələrində Siyəzən rayonunun Gilgilçay qəsəbəsi ərazisində Quba rayon sakini Zakir Quliyevin idarə etdiyi “KamAZ” və Bakı şəhər sakini Z.Şəfayevanın idarə etdiyi “Hyundai” markalı avtomobillər toqquşub. Nəticədə xəsarət almış Z.Quliyev hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678