Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İncəsənət məktəbində şəhid və qazi övladları üçün bayram şənliyi keçirilib

423 Baxış

Turanmedia.az xəbər verir ki, İncəsənət məktəbində şəhid və qazi övladları üçün bayram şənliyi keçirilib.

Bərdə Regional Mədəniyyət İdarəsinin nəzdində fəaliyyət göstərən Mingəçevir şəhər şəhid F.Qasımov adına uşaq incəsənət məktəbində şəhid və qazi övladları üçün yeni il şənliyi keçirilib.Tədbirdə 44 günlük Vətən müharibəsində canlarından keçən şəhidlərin xatirəsi ehtiramla yad edilib.Daha sonra məktəbin direktoru Lalə Əliyeva çıxış edərək balaca fidanları Həmrəylik günü və Yeni İl münasibətilə ilə təbrik etdi. Bu günkü tədbir məhz onlar üçün xüsusi diqqət, sevgi və həssaslıqla hazırlandığını bildirib: “ Biz haqq savaşında qalib gəlmiş xalqıq. Ali Baş Komandanımızın uğurlu siyasəti, müzəffər Ordumuzun şücaəti sayəsində, şəhid və qazilərimizin canı-qanı bahasına ərazi bütövlüyümüz bərpa olunub. Biz ömrümüzün sonuna kimi şəhidlərimizə, qazilərimizə borcluyuq”.

Məktəbin müəllimlərinin hazırladıqları bir-birindən maraqlı şən oyunlar,əyləncəli proqramlar balaca fidanlarda xoş anlar yaşadıb.Onlar sevindilər,əyləndilər sonda da Şaxta babanın hədiyyələri ilə seviniblər.

Esmira Hidayətova //Turanmedia.az


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678