Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Elgün Cavadov: “Ləki-Qəbələ birxətli dəmir yolunun açılışı regional turizm üçün önəmli hadisədir”

116 Baxış

“Ləki-Qəbələ birxətli dəmir yolunun açılışı regional turizm üçün önəmli hadisədir”. 

Bu barədə Oxu.Az-a Dövlət Turizm Agentliyinin Regional Turizm İnkişafı sektorunun müdiri Elgün Cavadov deyib.

O bildirib ki, Azərbaycan kimi coğrafi baxımdan kiçik olan ölkələrdə qatarla səyahət çox vacibdir:

“Ləki qatarı ilə Qəbələyə səyahət edirik. Şəki-Zaqatala, Qəbələ-İsmayıllı regionunun turizm potensialının göstərilməsi, artırılması baxımından gələcəkdə önəmlidir. 

Qəbələ həm daxili, həm də gəlmə turizm baxımından Azərbaycanın əsas turizm mərkəzlərindən hesab olunur. Bu baxımdan ilin bütün mövsümlərində Qəbələ turist cəlb edən yeganə distansiyalardan biri hesab olunur. 

Çünki burada həm qış turizm növləri, həm də yayda turizm üçün yetəri qədər imkanlar var. Bu gün qatarın məhz Qəbələyə çəkilməsi təsadüfi deyil və olduqca vacibdir”.

Könül Cəfərli


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678