Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Nazirlik rəsmisi: “İşğaldan azad olunan ərazilərdə 54 min hektardan çox meşə fondu məhv edilib”

264 Baxış

“Ötən il baş verən müharibə zamanı Bərdə, Ağcabədi, Daşkəsən rayonlarının meşə ərazilərinə atılmış bombalar nəticəsində meşə fonduna kifayət qədər ziyan dəyib”.

Oxu.Az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin rəis müavini Mehman Səfərov bildirib.

Onun sözlərinə görə, atılan bombalar nəticəsində meşə yanğınları baş verib:

“Fövqəladə Hallar Nazirliyinin və meşə xidməti əməkdaşlarının səyi nəticəsində həmin yanğınların qarşısı vaxtında alınıb. İşğaldan azad olunan ərazilərdə 54 min hektardan çox meşə fondu məhv edilib. Hazırda dəymiş ziyanın hesablanması istiqamətində işlər aparılır”.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin şöbə rəisi Elnur Babayev isə bildirib ki, 2019-cu ildə Azərbaycan meşələrində 11 yanğın hadisəsi baş verib:

“2020-ci ildə isə bu rəqəmin sayı dörd olub. Son illər meşə ərazisində baş verən yanğın halları azalıb”.

İlhamə Əbülfət


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678