Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Göyçayın İnçə kəndinin sakinlərinin su problemi – VİDEO

126 Baxış

Son günlər havaların isti keçməsi bəzi Aran rayonlarında su qıtlığının yaşanmasına səbəb olub.

Göyçay rayon mərkəzindən 35 km uzaqlıqda yerləşən İnçə kəndi təsərrüfat və əhali sayına görə ən böyük kəndlərdəndir.

Artıq bir neçə gündür sözügedən kənddə həyətyanı əkinyanı sahələrin suvarmasında çətinliklər yaşanır.

Sakinlərin sözlərinə görə, uzun illərdir xüsusilə yay aylarında sudan korluq çəkirlər. Yaz aylarında əkin və taxıl sahələrinin suvarılması üçün suya olan tələbatın ödənilməməsi məhsuldarlığa çox təsir edir.

Daha ətraflı Baku TV-nin süjetində:


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678