Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Kontakt Home” əməkdaşları üçün könüllü vaksinasiya təşkil etdi – VİDEO

117 Baxış

Ölkənin qabaqcıl elektronika və mebel şəbəkələrindən olan “Kontakt Home” TƏBİB-ə könüllü müraciət edərək, öz əməkdaşlarının COVID-19 xəstəliyi əleyhinə vaksinasiya olunmasına köməklik göstərib.

Vaksinasiya prosesi TƏBİB-in səyyar briqadaları tərəfindən “Kontakt Home”un ofisində aparılıb.

Əməkdaşlar müayinədən keçdikdən, onlarla profilaktik söhbətlər aparıldıqdan və əks göstərişlərin olmadığına əmin olduqdan sonra ilk doza peyvənd olunublar.

“3000-ə yaxın əməkdaşı olan şəbəkə kimi cəmiyyət qarşısındakı sosial öhdəliyimizi anlayırıq.

Vaksinasiya həm əməkdaşlarımızın, eyni zamanda xidmət sektorunun fəal iştirakçısı kimi həm də müştərilərimizin sağlamlığı üçün önəmlidir” deyə “Kontakt Home”dan bildiriblər.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678