Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Fransalı jurnalistlər Gəncədə Ermənistanın atəşə tutduğu ərazidə olub – FOTO

257 Baxış

Azərbaycanın Fransadakı səfirinin müşayiəti ilə Fransa və Əlcazair media nümayəndələri Gəncəyə səfər edib.

Oxu.Az xəbər verir ki, Cin-Maykl Lüsiyen Brun, İfrak Karim və Əlcazairdən Sara Durman Gəncədə raket düşən ərazilərə baxıblar. 

Bildirlib ki, Ermənistanın siyasi hakimiyyətinin müharibə ərazisindən uzaq yaşayış yerlərini, hərbi hissələrin və hərbi obyektlərin olmadığı əraziləri hədəfə alması terror siyasətidir.

Qeyd edilib ki, Gəncədə və Azərbaycanın digər ərazilərində mülki əhaliyə qarşı törədilmiş cinayətlər Fransa mətbuatında növbəti dəfə işıqlandırılacaq.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678