Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bakı metrosu iyunun 1-dən açıla bilər? – AÇIQLAMA

148 Baxış

Bakı metrosu iyunun 1-nə qədər sərnişinlərin istifadəsinə hazır vəziyyətdə olacaq.

Bu barədə Oxu.Az-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib. 

O bildirib ki, metronun açılışı ilə bağlı onlarda hər hansı məlumat yoxdur:

“Hər zaman olduğu kimi bu gün də metroda qatarların saz vəziyyətdə saxlanılması üçün zəruri olan bütün texniki tədbirlər görülüb. Metronun fəaliyyətə başlaması isə Nazirlər Kabineti yanında operativ qərargahın karantin rejimi ilə bağlı yeni qərarından asılı olacaq. Metronun açılması ilə bağlı bizə heç bir tarix deyilməyib. Biz sərnişinlərə xidmət etməyə tam hazır vəziyyətdəyik”.

Könül Cəfərli


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678