Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycanda aşkarlanan saxta əlilliklərin sayı AÇIQLANDI

105 Baxış

Hazırda Azərbaycanda əlilliyin ümumi göstəricisi əhaliyə nisbətdə 6 faiz təşkil etsə də, pensiya sistemində bu, 30 faizdir.

Oxu.Az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədr müavini Mətanət Məmmədova deyib.

M.Məmmədova qeyd edib ki, bu, digər ölkələrin təcrübəsi ilə nisbətdə həddindən artıq böyük rəqəmdir:

“Son illərdə 7 mindən çox saxta əlillik aşkarlanıb və ləğv edilib. Bu işlər mütəmadi olaraq davam etdiriləcək. Bizim fəaliyyətimiz bu istiqamətdə şəffaflığı təmin etməkdir. Bu, sosial sahədə aparılan islahatlardan biridir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məqsədi əlillik təyinatına həqiqətən də uyğun olan, buna haqqı olan şəxslərə əlillik dərəcəsinin verilməsidir. Biz çalışırıq ki, onların əlillik təyinatı düzgün aparılsın, sui-istifadə halları aradan qaldırılsın”.

Könül Cəfərli


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678