Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Deputat: “İnsanlar düşünməsin ki, maska qərarı nəyisə həll edəcək” – VİDEO

161 Baxış

“Virusun insanlar üzərindəki psixoloji təsirini azaltmaq üçün hansısa qərarlar verilə bilər”.

Bunu “ARB 24”ün “Nə baş verir?” verilişinə açıqlamasında millət vəkili Rəşad Mahmudov deyib.

“Epidemioloji vəziyyət nəzarətdə və reanimasiyalardakı boş yataq sayı bəlli səviyyədə olduğu müddətdə təmasın minimal olduğu açıq havada maskadan istifadə ilə bağlı hansısa qərarlar verilə bilər. İnsanlar düşünməsin ki, maska qərarının verilib-verilməməsi nəyisə həll edəcək.

Bu, ötən il kimlərsə maskanın vacib olmadığını deyibsə, indi onların haqlı olması demək deyil.  Koronavirus həyatımızda uzun müddət qalacaq. Yəqin ki, bugünkü vəziyyət dünyada və ölkəmizdə hökumətlərin mərhələli şəkildə yumşaldılma qərarları verməsinə imkan yaradacaq”, – o bildirib. 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678